Çempionlar liqası başlayır
UEFA Çempionlar liqası

Çempionlar liqası başlayır

  • 2021-09-14

Bu gün  Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək.

İlk oyun günündə 4 qrupda 8 görüş keçiriləcək.

"Mançester Yunayted" "Yanq Boyz"un qonağı olacaq. "Sevilya" "Zaltsburq"u qəbul edəcək. 

Gecənin ən çox marağla gözlənilən qarşılaşmasında "Barselona" doğma meydanda "Bavariya" ilə üz-üzə gələcək. Bu qrupun digər oyununda "Benfika" "Dinamo" ilə qarşılaşacaq.

ÇL-in son qalibi "Çelsi"  "Zenit"i qəbul edəcək. "Malmö" isə "Yuventus" ilə üz-üzə gələcəklər.

Çempionlar Liqası

Qrup mərhələsi, 1-ci tur

14 sentyabr

E qrupu

23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

F qrupu

20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə)

23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya),

G qrupu

20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya)

23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya)

H qrupu

23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya)

23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya)

Qeyd edək ki, ilk turun digər 8 oyunu isə sabah keçiriləcək.