Bugün ÇL-də qrup mərhələsinin püşkatması olacaq
UEFA Çempionlar liqası

Bugün ÇL-də qrup mərhələsinin püşkatması olacaq

  • 2021-08-26

Bugün 2021/22 mövsümü UEFA-nın Çempionlar Liqası yarışında qrup mərhələsinin tərkibi müəyyənləşəcək.

Püşkatma Bakı vaxtı ilə saat 20.00-da İstanbulda keçiriləcək mərasimdə başlayacaq. Tədbiri veteran futbolçular Andrey Arşavin və Maykl Essyen aparacaq. Səbətlər püşkatmadan əvvəl təsdiqlənəcək.

32 klubun yer alacağı yarışın bu mərhələsində hər birində 4 komanda olmaqla 8 qrup formalaşacaq.

Qeyd edək ki, yarışda mübarizə aparacaq 32 komandadan 26-sı qrupa birbaşa vəsiqə əldə edib. Digər 6-sı isə təsnifat/pley-off mərhələləri vasitəsi ilə müəyyənləşir.

ÇL-in qrupunda iştirak edəcək 32 komanda

İngiltərə: "Mançester Siti", "Mançester Yunayted", "Liverpul", "Çelsi"

İspaniya: "Atletiko", "Real Madrid", "Barselona", "Sevilya", "Vilyareal"

İtaliya: "İnter", "Milan", "Atalanta", "Yuventus"

Almaniya: "Bavariya", "RB Leyptsiq", "Borussiya" Dortmund, "Volfsburq"

Fransa: "Lill", "Paris Sen-Jermen"

Portuqaliya: "Sportinq", "Portu" , "Benfika"

Rusiya: "Zenit"

Belçika: "Brügge"

Ukrayna: "Dinamo Kiyev", "Şaxtyor Donetsk"

Niderland: "Ayaks"

Türkiyə: "Beşiktaş"

İsveçrə: "Yanq Boyz"

İsveç: "Malmö"

Moldova: "Şerif"

Avstriya: "Zalsburq"