ÇL-də qrup mərhələsinin son iştirakçıları müəyyənləşdi
UEFA Çempionlar liqası

ÇL-də qrup mərhələsinin son iştirakçıları müəyyənləşdi

  • 2021-08-26

Dünən Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulub.

Dünən üçün nəzərdə tutulmuş 3 qarşılaşmadan sonra qrup mərhələsinin son iştirakçıları müəyyənləşib.


25 avqust

Çempionlar Liqası

Pley-off mərhələsinin cavab oyunları

23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa) - 2:2
Qollar:
 Marlos, 74, Ruben Aguilar, 114-avtoqol - Vissam Ben-Yedder, 18. 39
İlk oyun - 1:0

23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova) - 0:0
İlk oyun - 0:3

23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar:
 Andreas Maxso, 62 - Benjamin Sesko, 4. Brenden Aaronson, 10
İlk oyun - 1:2

Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü bu gün saat 20:00-da atılacaq.

Xatırladaq ki, ötən gün keçirilən oyunlarla "Malmö", "Benfika" və "Yanq Boyz" qrup mərhələsinə adlayıb.