ÇL-də son iştirakçılar müəyyənləşir
- 2021-08-25
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına yekun vurulacaq.
Bu gün üçün nəzərdə tutulmuş 3 qarşılaşmadan sonra qrup mərhələsinin son iştirakçıları müəyyənləşəcək.
25 avqust
Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
23:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Monako" (Fransa)
İlk oyun - 1:0
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şerif" (Moldova)
İlk oyun - 0:3
23:00. "Bröndbü" (Danimarka) - "Zalsburq" (Avstriya)
İlk oyun - 1:2
Qeyd edək ki, Çempionlar Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.
Xatırladaq ki, ötən gün keçirilən oyunlarla "Malmö", "Benfika" və "Yanq Boyz" qrup mərhələsinə adlayıb.