Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu
UEFA Çempionlar liqası

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vuruldu

  • 2021-08-19

Dünən Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. 

İkinci oyun günündə daha üç qarşılaşma keçirilib.

“Benfika” Portuqaliyada "PSV"ni qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. İsveç "Malmö"sü Bolqarıstan çempionu "Ludoqorets" üzərində inamlı qələbə qazanıb. İsveçrənin "Yanq Boyz" komandası isə Macarıstanın "Ferentsvaroş" klubunu məğlub edib.


Pley-offun ilk oyunları

18 avqust

"Benfika" (Portuqaliya) - "PSV" (Niderland) - 2:1
Qollar:
 Rafael Silva, 10, Yulian Vayql, 42 - Kodi Qakpo, 52

"Malmö" (İsveç) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0
Qollar:
 Velko Birmançeviç, 26, Yo-İnge Berget, 61

"Yanq Boyz" (İsveçrə) - "Ferentsvaroş" (Macarıstan) - 3:2
Qollar:
 Meşak Elia, 16, Vensan Syerro, 40, Ulisses Qarsiya, 65 - Frank Boli, 14; 82
Qırmızı vərəqə: Silvan Hefti, 25 ("Yanq Boyz")

17 avqust


"Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:1

"Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:0

 "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka) - 2:1