"Neftçi" 3-cü təsnifat mərhələsində ilk oyununa çıxır
UEFA Avropa liqası

"Neftçi" 3-cü təsnifat mərhələsində ilk oyununa çıxır

  • 2021-08-03

Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşacaq. "Bakcell Arena"da keçiriləcək oyun 21:00-da başlayacaq.


Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi

3 avqust

21:00. "Neftçi" (AZƏRBAYCAN) - HİK (Finlandiya)
Hakimlər:
 Uilyam Kollam, Devid Makgiçi, Şon Karr, Yuan Anderson
Bakı, "Bakcell Arena"