Avroliqada pley-off mərhələsinin püşkü atıldı
- 2021-08-02
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
"Qalatasaray" "Sen-Conston" səddini keçəcəyi təqdirdə, pley-offda "Randers"lə (Danimarka) qarşılaşacaq. "Neftçi" isə HİK-ə qalib gəlsə, növbəti mərhələdə "Fənərbaxça" ilə üz-üzə gələcək.
Pley-off mərhələsinin cütləri
“Randers” (Danimarka) - "Qalatasaray" (Türkiyə) - "Sen-Conston" (Şotlandiya)
"Rapid" (Avstriya)/"Anortosis" (Kipr) - "Zarya" (Ukrayna)
"Yaploneç" (Çexiya)/"Seltik" - "AZ Alkmaar" (Niderland)
"Fənərbaxça" (Türkiyə) - "Neftçi" (Azərbaycan)/HİK (Finlandiya)
"Mura" (Sloveniya)/"Jalqiris" (Litva) - "Şturm" (Avstriya)
"Omoniya" (Kipr)/"Flora" (Estoniya) - "Antverpen" (Belçika)
"Olimpiakos" (Yunanıstan)/"Ludoqorets" (Bolqarıstan) - "Linkoln Red İmps" (Cəbəllütariq)/"Slovan" (Slovakiya)
"Malmö" (İsveç)/"Reyncers" (Şotlandiya) - "Kayrat" (Qazaxıstan)/"Alaşkert" (Ermənistan)
"Ferentsvaroş"(Macarıstan)/"Slaviya" (Çexiya) - "Dinamo" (Xorvatiya)/"Legiya" (Varşava, Polşa)
"Srvena Zvezda" (Serbiya)/"Şerif" (Moldova) - ÇFR (Rumıniya)/"Yanq Boyz" (İsveçrə)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək.