"Neftçi"nin Avroliqadakı potensial rəqibi "Fənərbaxça" oldu
UEFA Avropa liqası

"Neftçi"nin Avroliqadakı potensial rəqibi "Fənərbaxça" oldu

  • 2021-08-02

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub . Ağ-qaralar 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq və ilk görüş səfərdə keçiriləcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqustda keçiriləcək.