"Neftçi"nin oyunu məşhur hakimə tapşırıldı
UEFA Avropa liqası

"Neftçi"nin oyunu məşhur hakimə tapşırıldı

  • 2021-07-30

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunun çərçivəsində keçiriləcək HİK (Finlandiya) - Neftçi matçının hakimləri açıqlanıb.

Oyunu Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Deniz Aytekin olacaq. Ona yan xətt hakimləri Kristian Dits və Markus Sinn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 12-də Helsinki Futbol Arenasında oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.