"Neftçi"nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi
UEFA Avropa liqası

"Neftçi"nin Avropa Liqasındakı rəqibi müəyyənləşdi

  • 2021-07-29

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Olimpiakos"a uduzan (0:1, 0:1) "Neftçi" yoluna Avropa Liqasında davam edəcək.

Paytaxt  klubu Avropa Liqasındakı yeganə təmsilçimiz olacaq. Bu yarışda mübarizə aparacaq “Neftçi” 3-cü təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq.

“Neftçi” və HİK arasında ilk qarşılaşma avqustun 3-də Bakıda keçiriləcək. Komandalar arasında cavab matçı ayın 12-də Helsinkidə oynanılacaq.

Qeyd edək ki, “Neftçi” Yunanıstanda 0:1 hesabı ilə uduzduğu “Olimpiakos”a Bakıda da eyni nəticə ilə məğlub olub.