Emeri Avropa Liqasının tarixinə düşdü
UEFA Avropa liqası

Emeri Avropa Liqasının tarixinə düşdü

  • 2021-05-27

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasında rekorda imza atıb.

İspaniyalı mütəxəssis 4 dəfə turnirin qalibi olan ilk baş məşqçi olub.

2013/14, 2014/15 və 2015/16 mövsümlərində “Sevilya” ilə kuboku qazanan Emeri bu gün "Vilyarreal”ın sükanı arxasında finalda "Mançester Yunayted"i üstələməklə qalib olub.