Avroliqada pley-off cütlükləri
UEFA Avropa liqası

Avroliqada pley-off cütlükləri

  • 2022-08-12

Avropa Liqasında pley-offun bütün cütləri müəyyənləşib.

Qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq.
 
Türkiyənin bu turnirdəki təmsilçilərindən "Fənərbaxça" "Austriya" (Avstriya), "Sivasspor" isə "Malmö" (İsveç) ilə qarşılaşacaq.
 
Pley-offun ilk oyunları 18 avqustda, cavab görüşləri 25 avqustda keçiriləcək. 
 
"Dnepr-1" (Ukrayna) – "AEK" (Kipr)
 
"Gent" (Belçika) – "Omoniya" (Kipr)
 
"Austriya" (Avstriya) – "Fənərbaxça" (Türkiyə)
 
"Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya)
 
"HJK" (Finlandiya) - "Silkeborq" (Danimarka)
 
"Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə)
 
"Ferentsvaroş" (Macarıstan) - "Şemrok Rovers" (İrlandiya)
 
"Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan)
 
"Pünik" (Ermənistan) - "Şerif" (Moldova)
 
"Ludoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva)