Avroliqada 3-cü mərhələyə yekun vurulur
- 2022-08-11
Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
İkinci oyun günündə 6 cavab oyunu keçiriləcək.
"Fənərbaxça" Çexiyada "Slovaçko"nun qonağı olacaq.
Qeyd edək ki, bundan əvvəl "Şemrok Rovers" (İrlandiya) "Şkupi"yə (Şimali Makedoniya) 2:1 hesabı ilə qalib gələrək, pley-offa adlayıb. Qonaqlar ilk matçda da qələbə qazanmışdı - 3:1.
Əlavə edək ki, Avroliqada pley-off mərhələsinin oyunları avqustun 18-i və 25-də baş tutacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
11 avqust
20:00. "HİK" (Helsinki, Finlandiya) - "Maribor" (Sloveniya)
İlk oyun - 2:0
21:00. "Slovaçko" (Çexiya) - "Fənərbaxça" (Türkiyə)
İlk oyun - 0:3
21:00. "Sürix" (İsveçrə) - "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 2:0
22:00. "Düdelanj" (Lüksemburq) - "Malmö" (İsveç)
İlk oyun - 0:3
22:30. "Slovan" (Bratislava, Slovakiya) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1
23:00. "Partizan" (Serbiya) - "AEK" (Larnaka, Kipr)
İlk oyun - 1:2