Avropa Liqasında mövsümə start verildi
UEFA Avropa liqası

Avropa Liqasında mövsümə start verildi

  • 2022-08-05

Dünən Avropa Liqasında 2022/2023 mövsümünə start verilib.

Yarışda mübarizə 3-cü təsnifat mərhələsindən başlanıb. Raundun bütün ilk oyunları eyni gündə keçirilib. 

Gecənin maraqla gözlənilən matçlarından biri Türkiyədə olub. "Fənərbaxça" "Slovaçko"nu (Çexiya) qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.

ÇL-in 3-cü təsnifat mərhələsində "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubunun Avropa Liqasının pley-offundakı potensial rəqibləri olan "Şemrok Rovers" (İrlandiya) və "Şkupi" (Şimai Makedoniya) Dublində üz-üzə gəliblər . İrlandiya klubu 3:1 hesabı ilə qalib gəlib

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri avqustun 11-də keçiriləcək.

UEFA Avropa Liqası

3-cü təsnifat mərhələsi, ilk oyunlar

4 avqust

20:00. AEK (Larnaka, Kipr) - "Partizan" (Serbiya) - 2:1

Qollar: Anhel Qarsiya, 34, Xrvoe Miliçeviç, 70 - Kvensi Meniq, 18

21:00. "Malmö" (İsveç) - "Düdelanj" (Lüksemburq) - 3:0

Qollar: İsaak Telin, 51, Ula Toyvonen, 81, Belko Birmançeviç, 85

Qırmızı vərəqə: Şarl Morren, 31 ("Düdelanj")

21:00. "Fənərbaxça" (Türkiyə) - "Slovaçko" (Çexiya) - 3:0

Qollar: Emre Mor, 17. Linkoln Enrike, 45+2, 81

Qırmızı vərəqə: Stanislav Hofman, 48 ("Slovaçko")

22:15. "Maribor" (Sloveniya) - "HİK" (Helsinki, Finlandiya) - 0:2

Qollar: Devid Braun, 47. Boyan Raduloviç, 64

22:45. "Linfild" (Şimali İrlandiya) - "Sürix" (İsveçrə) - 0:2

Qollar: Tosin Ayequn, 8. Vilfred Qnonto, 64

23:00. "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) - 3:1

Qollar: Qrehem Burk, 13-pen, Dilan Uotts, 29. Qari Onill, 90+7 - Keven, 77

Qırmızı vərəqə: Valid Həmidi, 84 ("Şkupi")

23:00. "Olimpiakos" (Yunanıstan) - "Slovan" (Bratislava, Slovakiya) - 1:1

Qollar: Yusuf El-Arabi, 87 - Andre Qrin, 63