Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu
UEFA Avropa liqası

Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu

  • 2022-05-21

Avropa Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

UEFA-nın saytına istinadən, bu, "Ayntraxt"ın yarımmüdafiəçisi Filip Kostiçdir. Serb futbolçu 7 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, "Ayntraxt"  finalda "Reyncers"ə penaltilər seriyasında qalib gələrək turnirin qalibi olub.