UEFA Avropa liqası

Avropa Liqasının qalibi müəyyənləşdi - Video

  • 2022-05-19

Dünən Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçirilib.

Həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gəlib.

 İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Ayntraxt" daha dəqiq olub (5:4) və Avropa Liqasını qazanıb.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.

UEFA Avropa Liqası, final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (Penaltilər - 5:4)

Qollar: Aribo, 57 (0:1), Borre, 69 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.