Avropa Liqasında final
UEFA Avropa liqası

Avropa Liqasında final

  • 2022-05-18

Bu gün Avropa Liqasında 2021/2022 mövsümünün final oyunu keçiriləcək. 

Həlledici matçda "Ayntraxt" (Frankfurt, Almaniya) "Reyncers"lə (Şotlandiya) üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Avropa Liqasının son qalibi "Vilyarreal" (İspaniya) olub.

UEFA Avropa Liqası, final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.