Avropa liqasında finalçılar müəyyənləşdi
- 2022-05-06
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Cavab oyunlarının ikisi də eyni gündə keçirilib. "Leyptsiq" ilk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Reyncers" iki oyunun cəmində 3:2 hesabı ilə qalib gələrək finala adlayıb.
İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edib. Frankfurt klubu minimal hesablı qələbə qazanıb və finala vəsiqə əldə edib.
Bununla da Avropa Liqasında 2021/22 mövsümünün həlledici oyununda "Reyncers" "Ayntraxt"la qarşılaşacaq. Mayın 18-i Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
5 may
23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1
Qollar: Tavernier, 18, Kamara, 24, Lundstram, 80 - Nkunku, 70
Baş hakim: Artur Diaş (Portuqaliya)
Qlazqoda, "Aybroks" stadionu
İlk oyun - 0:1
23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə) - 1:0
Qol: Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 19 ("Vest Hem")
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
Frankfurt, "Frankfurtştadion"
İlk oyun - 2:1