Avropa liqasında finalçılar müəyyənləşir
- 2022-05-05
Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.
Cavab oyunlarının ikisi də eyni gündə keçiriləcək. "Leyptsiq" lk matçda 1:0 hesabı ilə məğlub etdiyi "Reyncers"lə bu dəfə Şotlandiyada üz-üzə gələcək.
İlk görüşdə "Vest Hem"ə 2:1 hesabı ilə qalib gələn "Ayntraxt" isə İngiltərə təmsilçisini doğma meydanda qəbul edəcək.
UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
5 may
23:00. "Reyncers" (Şotlandiya) - "Leyptsiq" (Almaniya)
Baş hakim: Artur Diaş (Portuqaliya)
İlk oyun - 0:1
23:00. "Ayntraxt" Frankfurt (Almaniya) - "Vest Hem" (İngiltərə)
Baş hakim: Xesus Hil Mansano (İspaniya)
İlk oyun - 2:1