Avropa Liqasında yarımfinal mərhələsinə start verildi
UEFA Avropa liqası

Avropa Liqasında yarımfinal mərhələsinə start verildi

  • 2022-04-29

Dünən Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk oyunların ikisi də eyni gündə keçirilib. "Leyptsiq" "Reyncers" qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Vest Hem" isə "Ayntraxt"ı sınağa çəkib və 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Anxelino, 85

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, "Red Bull Arena"

23:00. "Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya) - 1:2

Qollar: Knauff, 1 (0:1), Antonio, 21 (1:1), Kamada, 54 (1:2)

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, "Vest Hem" stadionu