Avropa Liqasında yarımfinal həyəcanı başlayır
UEFA Avropa liqası

Avropa Liqasında yarımfinal həyəcanı başlayır

  • 2022-04-28

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

İlk oyunların ikisi də eyni gündə keçiriləcək. "Leyptsiq" "Reyncers" qəbul edəcək.  "Vest Hem" isə "Ayntraxt"ı sınağa çəkəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri mayın 5-də oynanılacaq.

UEFA Avropa Liqası, yarımfinal

İlk oyunlar

28 aprel

23:00. "Leyptsiq" (Almaniya) - "Reyncers" (Şotlandiya)

Baş hakim: Benua Bastyen (Fransa)

Leyptsiq, "Red Bull Arena"

23:00. "Vest Hem" (İngiltərə) - "Ayntraxt" (Almaniya)

Baş hakim: Sərdar Gözüböyük (Niderland)

London, "Vest Hem" stadionu