"UEFA"dan "Qalatasaray"a cəza
- 2022-04-23
UEFA Türkiyənin "Qalatasaray" klubunu cəzalandırıb.
Qurumun mətbuat xidmətinə istinadən, buna səbəb Avropa Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə NEF stadionunda keçirilən cavab oyununda (1:2) baş verən hadisələr olub.
İstanbul təmsilçisinin azarkeşləri meydançaya yad əşyalar atdığına görə klub 20 min avro cərimələnib. Növbəti avrokubok matçında isə "Qalatasaray"ın stadionunda 3000 oturacaq boş qalmalıdır.