Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulur
UEFA Avropa liqası

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulur

  • 2022-04-14

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.  

Cavab görüşlərinin hamısı eyni gündə keçiriləcək və bütün yarımfinalçıların adına aydınlıq gələcək.

"Atalanta" ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi "Leyptsiq"i qəbul edəcək. 

Günün maraqla gözlənilən qarşılaşmalarından biri də İspaniyada olacaq. "Barselona" da ilk matçda 1:1 hesablı bərabərliyə razılaşdığı "Ayntraxt"la evdə qarşılaşacaq.  

"Vest Hem" "Lion"un qonağı olacaq (ilk görüş - 1:1). "Braqa" isə ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Reyncers"lə səfərdə üz-üzə gələcək. 

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1