Avropa Liqasında dünənin nəticələri
UEFA Avropa liqası

Avropa Liqasında dünənin nəticələri

  • 2022-04-08

Dünən Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.

İlk oyunların hamısı eyni gündə keçirlib.

"Leyptsiq" "Atalanta" ilə, "Barselona" "Ayntraxt"la, "Vest Hem" "Lion"la 1:1 hesablı heç-heçə edib. "Braqa" isə "Reyncers"ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) - 1:1

Qollar: Muriel, 17 (0:1),  Zappakosta, 58-avtoqol (1:1)

23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya) - 1:1

Qollar: Knauff, 48 (1:0), Torres, 66 (1:1)

23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) - 1:1

Qollar: Bouen, 52 (1:0), Ndombele, 66 (1:1)

23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 1:0

Qol: Ruiz, 40