"Barselona" "Ayntraxt"la oyuna itki ilə çıxacaq
UEFA Avropa liqası

"Barselona" "Ayntraxt"la oyuna itki ilə çıxacaq

  • 2022-04-07

"Barselona"nın hücumçusu Memfis Depay zədələnib.

"Marca"ya istinadən, niderlandlı hücumçunun diz əzələsi burxulub.

O, Avropa Liqasında "Ayntraxt"la (Frankfurt) keçiriləcək oyun üçün heyətə daxil edilməyib. Futbolçunun nə vaxt sıraya dönəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, sabah keçiriləcək "Ayntraxt" – "Barselona" matçı Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.