Avropa Liqasında 1/4 final mərhələsi başlayır
UEFA Avropa liqası

Avropa Liqasında 1/4 final mərhələsi başlayır

  • 2022-04-07

Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.

İlk oyunların hamısı eyni gündə keçiriləcək.

"Leyptsiq" "Atalanta" ilə evdə qarşılaşacaq. "Barselona" "Ayntraxt"ın qonağı olacaq. "Vest Hem" "Lion"u, "Braqa" isə "Reyncers"i qəbul edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşləri aprelin 14-də oynanılacaq.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

23:00. "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

23:00. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

23:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)