Avroliqada 1/4 və 1/2 final cütlükləri müəyyənləşdi
UEFA Avropa liqası

Avroliqada 1/4 və 1/2 final cütlükləri müəyyənləşdi

  • 2022-03-18

Bu gün Avropa Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçirilib. 

İsveçrənin Nyon şəhərindəki tədbirdə komandalar səbətlərə bölünməyib və eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilərdilər.

Mərasimdə həmçinin final oyununun nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.

Qeyd edək ki, 1/4 final matçları aprelin 7-si və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 18-də İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda oynanılacaq.

Avropa Liqası

1/4 final

"Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya)

"Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

"Vest Hem" (İngiltərə) - "Lion" (Fransa)

"Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

Yarımfinal

1. "Leyptsiq" (Almaniya) - "Atalanta" (İtaliya) / "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

2. "Vest Hem" (İngiltərə) - "Lion" (Fransa) / "Ayntraxt" (Almaniya) - "Barselona" (İspaniya)

Final

2-ci cütün qalibi - 1-ci cütün qalibi