Avropa Liqasında dünənin nəticələri
UEFA Avropa liqası

Avropa Liqasında dünənin nəticələri

  • 2022-03-18

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Cavab mərhələsinin bütün oyunları eyni gündə keçirilib. "Qalatasaray" "Barselona"nı qəbul edib. 2:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Digər görüşlərin nəticələrinə əsasən, "Ayntraxt", "Lion", "Vest Hem",  "Atalanta", "Reyncers, "Braqa" 1/4 finala adlarını yazdırıb.

Qeyd edək ki,  Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya) - 1:2 

Qollar: Markao, 28 (1:0), Pedri, 37 (1:1), Obameyanq, 49 (1:2)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya) - 0:1

Qol: Broqa, 90+1

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya) - 1:1

Qol: Ruiz, 19 (0:1), Disasi, 90 (1:1)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya) - 2:1

Qol: İvaniç, 10 (1:0), Kent, 56 (1:1), El Fardau Ben, 90+3 (2:1)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:0

Qollar: Souçek, 39, Yarmolenko, 112

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya) - 1:1

Qollar: İqlesias, 90 (0:1), Hintereqqer, 120+1 (1:1)

İlk oyun - 2:1.

00:00. "Lion" (Fransa) - "Portu" (Portuqaliya) - 1:1

Qollar: Dembele, 13 (1:0), Pepe, 27 (1:1)

İlk oyun - 1:0.