"Qalatasaray" "Barselona"ya qarşı
UEFA Avropa liqası

"Qalatasaray" "Barselona"ya qarşı

  • 2022-03-17

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Cavab mərhələsinin bütün oyunları eyni gündə keçiriləcək. "Qalatasaray" "Barselona"nı qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

"Sevilya" isə "Vest Hem"in qonağı olacaq. 

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. "Lion" (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.