"Qalatasaray" - "Barselona" oyununun hakimləri bəlli oldu
UEFA Avropa liqası

"Qalatasaray" - "Barselona" oyununun hakimləri bəlli oldu

  • 2022-03-16

Avropa Liqasının 1/8 finalında keçiriləcək "Qalatasaray" - "Barselona" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

UEFA-nın saytında verilən xəbərdə bildirilir ki, oyunu İtaliya Futbol Federasiyasından Daniele Osrato idarə edəcək. Ona Alessandro Qiallatini və Fabiano Preti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Çiffi yerinə yetirəcək.

Qeyd edək ki, martın 17-i keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasında ilk oyun qolsuz bərabərliklə başa çatıb.