"Barselona"nın "Qalatasaray"a qarşı oyunu məni məyus etdi"
- 2022-03-11
"Avropada hətta "Qalatasaray" kimi zəif komandalarla matçda belə böyük istəklə oynamalısan".
Bu sözləri "Atletiko"nun hücumçusu Luis Suares deyib. Sabiq komandasının "Qalatasaray"la dünənki görüşünü şərh edən uruqvaylı futbolçu AS nəşrinə deyib:
"Belə görüşlərdə yumşaq yox, aqressiv oynamaq və çox qaçmaq lazımdır. Səfər matçında "Barselona" əziyyət çəkəcək. Mən Xavinin komandasının bu görüşdəki oyununu başa düşə bilmədim. "Barselona" məni çox məyus etdi".
Xatırladaq ki, Avropa Liqasının 1/8 final mərhələsinin dünən keçirilən "Barselona" - "Qalatasaray" ilk oyunu heç-heçə yekunlaşıb (0:0).