Avropa Liqasında dünənin nəticələri
UEFA Avropa liqası

Avropa Liqasında dünənin nəticələri

  • 2022-03-11

Avropa Liqasında 1/8 final mərhələsi davam edir. 

İkinci oyun günündə 5 qarşılaşma keçirilib.

"Sevilya" "Vest Hem" ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib  Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" isə "Barselona"nın qonağı olub və qolsuz bərabərə qalıb.

Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutmalıdır. "Spartak"ın əvəzinə isə "Leyptsiq" 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

10 mart

21:45. "Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)  - 1:0

Qol: Haddadi, 60

00:00. "Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya) - 3:0

Qollar: Tavernier, 11-pen, Morelos, 15, Baloqun, 51

00:00. "Braqa" (Portuqaliya) - "Monako" (Fransa) - 2:0

Qollar: Ruiz, 3, Oliveyra,89

00:00. "Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 3:2

Qollar: Malinovski, 23, Muriel, 25, 49 - Aranquiz, 11, Diabi, 63

00:00. "Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə) - 0:0

9 mart

"Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2

"Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1

Qeyd edək ki, bütün cavab görüşləri martın 17-də keçiriləcək.