Avropa Liqasında 1/8 final başladı
UEFA Avropa liqası

Avropa Liqasında 1/8 final başladı

  • 2022-03-10

Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki görüş keçirilib. "Lion" səfərdə "Portu"nu, "Ayntraxt" isə "Betis"i məğlub edib.

Ümumilikdə bu mərhələdə 8 oyundan 7-si keçiriləcək. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Avropa Liqası, 1/8 final

İlk oyunlar

9 mart

21:45. "Betis" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 1:2

Qollar: Nabil Fekir, 30 - Filip Kostiç, 14. Daiti Kamada, 32

21:45. "Portu" (Portuqaliya) - "Lion" (Fransa) - 0:1

Qol: Lukas Paketa, 59