"Qalatasaray" "Barselona"ya rəqib oldu
UEFA Avropa liqası

"Qalatasaray" "Barselona"ya rəqib oldu

  • 2022-02-25

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da başlanıb.

Türkiyənin "Qalatasaray" klubu bu mərhələdə "Barselona"ya rəqib olub.

Avroliqada 1/8 finalın cütlükləri

"Reyncers" (Şotlandiya) - "Srvena Zvezda" (Serbiya)

"Braqa" (Portuqaliya) - "Monako" (Fransa)

"Portu" (Portuqaliya) - "Lion" (Fransa)

"Atalanta" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Sevilya" (İspaniya) - "Vest Hem" (İngiltərə)

"Barselona" (İspaniya) - "Qalatasaray" (Türkiyə)

"Leyptsiq" (Almaniya) - "Spartak" (Moskva, Rusiya)

"Betis" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Qeyd edək ki, bu mərhələnin ilk matçları martın 10-da, cavab görüşləri martın 17-də olacaq.