Bütün 1/8 finalçılar müəyyənləşdi
UEFA Avropa liqası

Bütün 1/8 finalçılar müəyyənləşdi

  • 2022-02-25

Dünən Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada "Sevilya"nı qəbul edib. Komanda 1:0 hesabı ilə qalib gəlsə də, ümumilikdə 2:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.

Həmçinin "Portu", "Leyptsiq" və "Atalanta" da 1/8 final mərhələsinə yüksəlib. 

Saat 00:00-da isə 1/16 finalın daha 4 görüşü keçirilib. Gecənin ən çox maraqla gözlənilən oyununda "Napoli" ilk qarşılaşmada heç-heçə etdiyi "Barselona" ilə İtaliyada üz-üzə gəlib. Kataloniya təmsilçisi 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. 

"Betis", "Reyncers", "Braqa" da növbəti mərhələyə adını yazdırıb.

UEFA Avropa Liqası, 1/16 final mərhələsi

Cavab oyunları

24 fevral

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - Sevilya" (İspaniya) - 1:0

Qol: Orşiç, 65

İlk oyun - 1:3.

21:45. "Olimpiakos" (Yunanıstan) - "Atalanta" (İtaliya) - 0:3

Qollar: Maehle, 40, Malinovski, 66, 69

İlk oyun - 1:2.

21:45. "Real Sosyedad" (İspaniya) - "Leyptsiq" (Almaniya) - 1:3

Qollar: Zubimendi, 65 - Orban, 39, Silva, 59, Forsberq, 89 pen.

İlk oyun - 2:2.

21:45. "Latsio" (İtaliya) - "Portu" (Portuqaliya) - 2:2

Qollar: İmmobile, 19 Kataladi, 90+5 – Taremi, 31 pen., Uribe, 68

İlk oyun - 1:2.

00:00. "Napoli" (İtaliya) - "Barselona" (İspaniya) - 2:4

Qol: İnsinye, 23-pen, Politano, 87 – Alba, 8, De Yonq, 13, Pike, 45, Obameyanq, 59

İlk oyun - 1:1.

00:00. "Reyncers" (Şotlandiya) - "Borussiya" (Dortmund, Almaniya) - 2:2

Qol: Tavernye, 22-pen, 57 – Bellingem, 31, Malen, 42

İlk oyun - 4:2.

00:00. "Betis" (İspaniya) - "Zenit" (Rusiya) - 0:0

İlk oyun - 3:2.

00:00. "Braqa" (Portuqaliya) - "Şerif" (Moldova) - 2:0 (penaltilər seriyası - 3:2)

Qol: Medeyros, 17, Horta, 43

İlk oyun - 0:2.