Elmas ən yaxşı oyunçu seçildi
UEFA Avropa liqası

Elmas ən yaxşı oyunçu seçildi

  • 2021-12-11

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytına azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Napoli"nin  yarımmüdafiəçisi Elif Elmas ən yaxşı oyunçu seçilib. 

Qeyd edək ki, 22 yaşlı oyunçu Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Lester"ə 3:2 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.