Fransalı jurnalist "Qalatasaray"ı təhqir etdi
- 2021-11-25
"Qalatasaray"ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Marsel"lə keçirəcəyi matçdan əvvəl İstanbul təmsilçisinin azarkeşlərinin qəzəbinə səbəb olan hadisə yaşanıb.
Fransalı jurnalist Romen Kanuti Türkiyə klubuna qarşı təhqiramiz hərəkət edib. O, görüşdən öncə "Qalatasaray"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və şəkil çəkdirib. Kanuti həmin fotonu öz sosial media hesablarında paylaşaraq yazıb: "Aslanı əhilləşdirdim".
Onun bu hərəkəti "Qalatasaray"lı azarkeşlərin qəzəbinə səbəb olub.
Qeyd edək ki, bu gün keçiriləcək "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.