"Qalatasaray" və "Fənərbaxça" növbəti oyunlarına çıxır
UEFA Avropa liqası

"Qalatasaray" və "Fənərbaxça" növbəti oyunlarına çıxır

  • 2021-11-25

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.

İkinci oyun günündə 15 matç keçiriləcək.

C qrupunda millimizin Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Lester"in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında Polşada keçirilən ilk görüşdə "Legiya"  1:0 hesabı ilə qalib gəlmişdi. Komandanın qolunu məhz millimizin üzvü vurmuşdu.

E qrpunda "Qalatasaray" Fransa "Marsel"i qəbul edəcək. D qrupunda "Fənərbaxça" səfərdə "Olimpiakos"la qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl "Lion" və "Vest Hem" növbəti mərhələyə yüksəlib.
 

A qrupu

00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa)

00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya)

Xal durumu: "Lion" - 12, "Sparta" - 4, "Reyncers" - 4, "Bröndbü" - 2

B qrupu

00:00. "PSV" (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya)

00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya)

Xal durumu: "Monako" - 8, "Real Sosyedad" - 6, PSV - 5, "Şturm" - 1.

C qrupu

00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa)

25 noyabr

"Spartak" (Rusiya) - "Napoli" (İtaliya) - 2:1

Xal durumu: "Spartak" - 7 (5 oyuna), "Napoli" - 7 (5), "Legiya" - 6, "Lester" - 5.

D qrupu

00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə)

00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika)

Xal durumu: "Ayntraxt" - 10, "Olimpiakos" - 6, "Fənərbağça" - 5, "Antverpen" - 1

E qrupu

21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya)

21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa)

Xal durumu: "Qalatasaray" - 8, "Latsio" - 5, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu

21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan)

21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Braqa" - 9, "Srvena Zvezda" - 7, "Midtüllan" - 5, "Lüdoqorets" - 1.

G qrupu

21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan)

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya)

Xal durumu: "Bayer" - 10, "Betis" - 7, "Seltik" - 6, "Ferentsvaroş" - 0

H qrupu

21:45. "Rapid" (Vyana, Avstriya) - "Vest Hem" (İngiltərə)

21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika)

Xal durumu: "Vest Hem" - 10, "Dinamo" - 6, "Genk" - 4, "Rapid" - 3

Kateqoriyalar