UEFA-dan "Qalatasaray"a şok cəza
- 2021-11-10
UEFA "Qalatasaray"ı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Marsel"lə oyundakı (0:0) iğtişaşlar səbəbindən cəzalandırıb.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi turnirin növbəti 2 oyununda bilet satışı edə bilməyəcək və meydana azarkeşlərin iştirakı olmadan çıxacaq.
"Sarı-qırmızılar" həmçinin 50 min avro məbləğində cərimələnib. Bundan əlavə, klub stadiona dəymiş ziyana görə "Marsel"ə 8 000 avro ödəyəcək.
Qeyd edək ki, sözügedən görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın tərəfdarları müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar. Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib.