Avropa Liqasında gecənin oyunları
UEFA Avropa liqası

Avropa Liqasında gecənin oyunları

  • 2021-11-05

UEFA Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Ümumilikdə 8 qrupda 16 matç oynanılıb.

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" "Napoli"ni qəbul edib və 1:4 hesabı ilə uduzub. 

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" evdə  "Lokomotiv"lə (Moskva) qarşılaşıb və bərabərə qalıb - 1:1. "Fənərbaxça" isə "Antverpen"ə səfərdə 3:0 hesabı ilə qalib gəlib.

A qrupunda "Lion" "Sparta"ya (Praqa) klubunu 3:0 hesabı ilə qalib gələrək qrup lideri kimi 1/8 finala vəsiqəni təmin edib.

H qrupunda  "Genk"lə 2:2 hesablı heç-heçə edən "Vest Hem" ən azı pley-offa vəsiqəni təmin edib.

4 noyabr

Avropa Liqasının qrup mərhələsi, 4-cü tur

A qrupu
21:45. "Bröndbü" (Danimarka) - "Reyncers" (Şotlandiya) - 1:1
21:45. "Lion" (Fransa) - "Sparta" (Praqa, Çexiya) - 3:0

Xal durumu: "Lion" - 12, "Sparta" - 4, "Reyncers" - 4, "Bröndbü" - 2

B qrupu
21:45. "Monako" (Fransa) - "PSV" (Eyndhoven, Niderland) - 0:0
21:45. "Real Sosyedad" (İspaniya) - "Şturm" (Qrats, Avstriya) - 1:1

Xal durumu: "Monako" - 8, "Real Sosyedad" - 6, PSV - 5, "Şturm" - 1.

C qrupu
21:45. "Legiya" (Polşa) - "Napoli" (İtaliya) - 1:4

00:00. "Lester" (İngiltərə) - "Spartak" (Moskva, Rusiya) - 1:1

Xal durumu: "Napoli" - 7, "Legiya" - 6, "Lester" - 5, "Spartak" - 4.

D qrupu
21:45. "Olimpiakos" (Yunanıstan) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 1:2

00:00. "Antverpen" (Belçika) - "Fənərbaxça" (Türkiyə) - 0:3

Xal durumu: "Ayntraxt" - 10, "Olimpiakos" - 6, "Fənərbaxça" - 5 , "Antverpen" - 1

E qrupu
21:45. "Qalatasaray" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya) - 1:1

00:00. "Marsel" (Fransa) - "Latsio" (İtaliya) - 2:2

Xal durumu: "Qalatasaray" - 8, "Latsio" - 5, "Marsel" - 4, "Lokomotiv" - 2.

F qrupu
00:00. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Midtüllan" (Danimarka) - 0:1

00:00. "Braqa" (Portuqaliya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 4:2

Xal durumu: "Braqa" - 9, "Srvena Zvezda" - 7, "Midtüllan" - 5, "Lüdoqorets" - 1.

G qrupu
00:00. "Bayer" (Leverkuzen, Almaniya) - "Betis" (İspaniya) - 4:0

00:00. "Ferentsvaroş" (Macarıstan) - "Seltik" (Şotlandiya) - 2:3

Xal durumu: "Bayer" - 10, "Betis" - 7, "Seltik" - 6 "Ferentsvaroş" - 0

H qrupu
21:45. "Genk" (Belçika) - "Vest Hem" (İngiltərə) - 2:2

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Rapid" (Vyana, Avstriya) - 3:1

Xal durumu: "Vest Hem" - 10, "Dinamo" - 6, "Genk" - 4, "Rapid" - 3