"Lester" növbəti oyununa çıxır
UEFA Avropa liqası

"Lester" növbəti oyununa çıxır

  • 2021-10-20

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda daha bir oyun keçiriləcək.

C qrupunda Moskva "Spartak"ı "Lester"i qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Qeyd edək ki, bu qrupun digər oyununda millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) İtaliyada "Napoli"nin qonağı olacaq. Sabah keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

20 oktyabr

Avropa Liqası, qrup mərhələsi

C qrupu

18:30. "Spartak" (Moskva, Rusiya) - "Lester" (İngiltərə)