"Fənərbaxça" yunanları Özilsiz qəbul edəcək
UEFA Avropa liqası

"Fənərbaxça" yunanları Özilsiz qəbul edəcək

  • 2021-09-30

“Fənərbaxça” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda  Yunanıstan “Olimpiakos”u ilə matça itki ilə çıxacaq.

Mesut Özil sözüedən görüşdə iştirak edə bilməyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 33 yaşlı oyunçu qrip olduğu üçün “Olimpiakos”la oyunu buraxacaq.
 
Qeyd edək ki, bu gün keçiriləcək “Fənərbaxça” – “Olimpiakos” görüşü Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.