Qötze 1-ci oldu
UEFA Avropa liqası

Qötze 1-ci oldu

  • 2021-09-17

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın saytında bununla bağlı keçirilən səsvermədə "PSV"nin oyunçusu Mario Qötze 1-ci olub. 29 yaşlı yarımmüdafiəçi Viktor Osimhen ("Napoli"), Deklan Rays ("Vest Hem") və Xuanmini ("Betis") qabaqlayıb.

Qeyd edək ki, Qötze Avroliqanın qrup mərhələsinin 1-ci turunda "Real Sosyedad"la matçda (2:2) 1 qol vurub, 1 qolun ötürməsini verib.