Mesut Özil 3 il sonra...
- 2021-09-17
Ötən gün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Ayntraxt"la matç "Fənərbaxça"nın kapitanı Mesut Özil üçün əlamətdar olub.
32 yaşlı yarımmüdafiəçi sözügedən qarşılaşmada fərqlənməyi bacarıb. Bununla da türk əsilli alman oyunçu 3 il sonra avrokuboklarda yenidən qol vura bilib.
Mesut son dəfə 2018-ci ildə "Qarabağ"ın da yer aldığı E qrupunda "Vorskla" ilə görüşdə fərqlənib.
Qeyd edək ki, "Ayntraxt" - "Fənərbaxça" oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb.