Əliyar Ağayevdan Avroliqa 4 sarı vərəqə
- 2021-09-17
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda keçirilən "Midtyulland" (Danimarka) - "Lüdoqorets" (Bolqarıstan) oyununu idarə edib.
Herninq şəhərində oynanılan matç 1:1 hesabı ilə başa çatıb. Ağayev oyun ərzində Bolqarıstan təmsilçisinin 3, Danimarka klubunun isə 1 futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmrəli olub.