UEFA Avropa liqası

"Legiya"dan səfər qələbəsi - Video

  • 2021-09-16

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb. 

Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gəlib və 1:0 hesabı ilə qalib gəlib. M.Emreli oyuna start heyətdə çıxıb və 82-ci dəqiqədə Tomas Pekhartla əvəzlənib.

Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli" (İtaliya) də mübarizə aparır. 

18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Varşava, Polşa) - 0:1

Qol: Lirim Kastrati, 90+1