Mahirin komandası qrupda ilk matçına çıxır
UEFA Avropa liqası

Mahirin komandası qrupda ilk matçına çıxır

  • 2021-09-15

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də oynadığı "Legiya" (Polşa) Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxacaq. 

Varşava təmsilçisi səfərdə Moskva "Spartak"ı ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə 18:30-da başlayacaq. 

Qeyd edək ki, "Legiya"nın yer aldığı C qrupunda "Spartak"la yanaşı, "Lester" (İngiltərə) və "Napoli"  (İtaliya) də mübarizə aparır. 

18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Varşava, Polşa)