Avropa Liqasında gecənin oyunları
- 2021-08-20
Avropa Liqasında pley-off mərhələsi davam edir.
Üçüncü oyun günündə daha 8 matç keçirilib.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" (Polşa) səfərdə "Slaviya" (Praqa) ilə qarşılaşıb və 2:2 hesablı heç-heçə edib. Mahir komandasının ilk qolunun müəllifi olub.
"Qalatasaray" Danimarkada "Randers"lə bərabərə qalıb - 1:1, "Fənərbaxça" isə İstanbulda "HİK"ə minimal hesabla qalib gəlib - 1:0.
Avropa Liqası, pley-off mərhələsi, ilk oyun
21:00. “Omoniya” (Kipr) - “Antverpen” (Belçika) - 4:2
Qollar: Benson, 26 (0:1), Loizou, 43 (1:1), Kakoullis, 49 (2:1), Loizou, 56 (3:1), Moyoşi, 62 (3:2), Atiemven, 84-pej (4:2)
21:00. “Randers” (Danimarka) - “Qalatasaray” (Türkiyə) - 1:1
Qollar: Aktürkoğlu, 26 (0:1), Lauenborq, 54 (1:1)
21:00. “Slaviya” (Praqa, Çexiya) - “Legiya” (Varşava, Polşa) - 2:2
Qollar: Emreli, 20 (0:1), Bah, 33 (1:1), Yuranoviç, 37 (1:2), Masopust, 45+3 (2:2)
22:00. “Mura” (Sloveniya) - “Şturm” (Avstriya) - 1:3
Qollar: Skoflek, 3 (1:0), Yantser, 18-pen (1:1), Kiteişvili, 60 (1:2), Yeboah, 63 (1:3)
22:45. "Fənərbaxça" (Türkiyə) - "HİK" (Finlandiya) - 1:0
Qol: Gümüşkaya, 65
23:00. “Olimpiakos” (Yunanıstan) - “Slovan” (Slovakiya) - 3:0
Qollar: Kamara, 37, Kisse, 52, Bozhikov, 68-avtoqol
23:00. “Reyncers” (Şotlandiya) - “Alaşkert” (Ermənistan) - 1:0
Qol: Morelos, 67
23:00. “Rapid” (Avstriya) - “Zarya” (Ukrayna) - 3:0
Qollar: Fountas, 29, Kara, 78, Qruell, 85