Avropa Liqasında ən yaxşı adına 3 namizəd
UEFA Avropa liqası

Avropa Liqasında ən yaxşı adına 3 namizəd

  • 2021-08-13

Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

UEFA bu yerə 3 namizədin adını açıqlayıb.

Onlardan ikisi “Mançester Yunayted”in futbolçuları Bruno Fernandeş və Edinson Kavanidir. Digər namizəd isə turnirin finalçısı “Vilyarreal”ın hücumçusu Jerar Morenodur.

Qeyd edək ki, ən yaxşı futbolçunun adı avqustun 27-də İstanbulda keçiriləcək Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı bəlli olacaq.