"Neftçi" Avroliqada mübarizəni dayandırdı
UEFA Avropa liqası

"Neftçi" Avroliqada mübarizəni dayandırdı

  • 2021-08-12

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Azərbaycan çempionu “Neftçi” səfərdə HİK-lə qarşılaşıb.

Bakıda 2:2 hesablı heç-heçə edən təmsilçimiz bu dəfə rəqibinə böyük hesabla uduzub - 0:3.

"Neftçi" mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək. "Ağ-qaralar" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.
12 avqust

Avropa Liqası

3-cü təsnifat mərhələsi, cavab oyunu

20:00. HİK (Finlandiya) – “Neftçi” (Azərbaycan) - 3:0 
Qollar:
 Riski, 46, 60-pen. 90
Baş hakim: Dəniz Aytekin (Almaniya)
Helsinki Futbol Stadionu
İlk oyun – 2:2